Gəncləri Gününə həsr olunmuş “GəncVİZYON” İdeyatonu


 Əziz gənclər!


Sizi Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncVİZYON” İdeyatonuna dəvət edirik! 


Bu ideyatonda iştirakçılar komandalar şəklində bir araya gələrək müxtəlif sahələr üzrə innovativ və gələcəyə yönəlik ideyalarını formalaşdıracaq və təqdim edəcəklər.


“GəncVİZYON” sizə:


Bilik və bacarıqlarınızı nümayiş etdirmək,

Komandada işləmək təcrübəsi qazanmaq,

Mentorlarla birbaşa ünsiyyət qurmaq,

İntellektual və innovativ mühitdə öz vizyonunuzu ortaya qoymaq imkanı yaradacaq.


İştiraka dair qeydlər: 

Yaş aralığı: 18-29;

Fərdi və ya komanda şəklində qeydiyyatdan keçə bilərsiniz. Əgər komandanız yoxdursa, tədbir günü bir komandada iştirakınıza şərait yaradılacaq;

Qeydiyyat tamamlandıqdan sonra komandanın tərkibi dəyişə bilməz;

İlkin mərhələdə tam gün iştirak mütləqdir.


İdeyaların formalaşması mərhələsi: 4 fevral saat 09:00–18:00

Final mərhələsi: 6 fevral saat 15:00

Məkan: Bakı Konqres Mərkəzi


Qeydiyyat linki: https://lnkd.in/dC3CzSKh

Son müraciət tarixi: 1 fevral saat 23:59

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top