"Mentorla görüş” layihəsi çərçivəsində ilk görüş təşkil olunub


 Ölkənin 15 regionundan 50-yə yaxın gəncin iştirak etdiyi görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva dövlət gənclər siyasətinin əsas istiqamətləri, bu sahədə prioritetlər, əldə olunmuş nailiyyətlər və müasir idarəçilik yanaşmaları barədə məlumat verib. İndira Hacıyeva ictimai fəallığın artırılması istiqamətində şəxsi təcrübəsini bölüşüb, gənclərə tövsiyələrini çatdırıb və onları maraqlandıran sualları cavablandırıb.

Layihənin əsas məqsədi gənc könüllülərlə dövlət rəsmiləri və rəhbər şəxslər arasında birbaşa dialoq platformasının formalaşdırılmasıdır.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top