Azərbaycan gəncliyi – müasir müstəqil dövlətimizin qüdrəti və parlaq gələcəyinin təminatçısıdır! 🇦🇿
Bu gün, 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu əlamətdar gün, dövlətimizin öz gənclərinə verdiyi yüksək dəyərin və etimadın ən bariz nümunəsidir. 1996-cı ildə keçirilən Azərbaycan Gənclərinin I Forumu ilə başlayan bu yol, bu gün gənclərimizin həm yerli, həm də beynəlxalq arenada qazandığı böyük uğurlarla davam edir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunmasında canı bahasına mübarizə aparan qəhrəman gəncliyimiz, həm döyüş meydanında, həm də quruculuq işlərində öz sözünü demişdir. Müasir biliklərə yiyələnən, vətənpərvər və innovativ Azərbaycan gənci bu gün ölkəmizin hər bir uğurunda pay sahibidir.
Bütün gənclərimizi bu qürurverici bayram münasibətilə səmimi qəlbdən təbrik edir, onlara dövlətimizin tərəqqisi naminə göstərdikləri fəaliyyətlərdə sonsuz uğurlar və yeni zirvələr arzulayırıq!
Bayramınız mübarək!
