İnstitut əməkdaşları üçün keçirilən 3 günlük Excel təlimi uğurla başa çatdı

 



Hüquq və İnsan Haqları İnstitutunun İnformasiya texnologiyaları şöbəsinin müdiri Tural Hüseynov tərəfindən əməkdaşlar üçün “MS Excel proqramından effektiv istifadə” mövzusunda təlimlər keçirilib.

QHT.az xəbər verir ki, təlim müddətində iştirakçılar Excel proqramının əsas və praktiki funksiyaları ilə tanış oldular. Proqram çərçivəsində Böyük cədvəllərlə sürətli işləmə və qısa yollar, Table formatı, Funksiyalar və formullar, Data Validation və məlumatlara nəzarət üsulları, Diaqramların yaradılması və düzgün seçimi kimi mövzular praktiki tapşırıqlarla birlikdə izah olundu.

Təlim interaktiv formatda keçdi və real iş mühitinə uyğun nümunələr üzərində işlənildi.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top