QUBADA TÜRK DÜNYASI GƏNCLƏRİ ÜÇÜN II BEYNƏLXALQ QIŞ MƏKTƏBİ KEÇİRİLİB


 Fevralın 8-dən 14-dək Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan İdman Akademiyasının təşkilatçılığı ilə Türk dünyası gəncləri üçün “Açıq zəka, parlaq gələcək” adlı II beynəlxalq qış məktəbi keçirilib. Açılış mərasimində dövlət və qurum nümayəndələri çıxış edərək proqramın gənclərin bilik və bacarıqlarının inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Gənc News xəbər verir ki, Qış məktəbi çərçivəsində süni intellekt, texnologiyanın kadr hazırlığına təsiri, müasir idmanda innovasiyalar və idmanda kommunikasiya mövzularında təlimlər və sessiyalar təşkil olunub. Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində şəhərsalma və texnoloji innovasiyalar mövzusunda kontekstual baxış sessiyası keçirilib.


Proqram müddətində iştirakçılar üçün Qubanın tarixi və mədəni məkanlarına gəzinti təşkil edilib. Yekunda təqdimatlar qiymətləndirilib, iştirakçılara sertifikatlar təqdim olunub və qış məktəbi təntənəli bağlanış mərasimi ilə başa çatıb.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top