“VEX V5 ROBOTİCS COMPETİTİON” VƏ “VEX IQ COMPETİTİON” ÜZRƏ RESPUBLİKA TURNİRİ KEÇİRİLİB


 Fevralın 7–8-də Bakı Avropa Liseyində Gənclər və İdman Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə məktəblilər arasında “VEX V5 Robotics Competition” və “VEX IQ Competition” üzrə respublika turniri keçirilib.

10–15 yaşlılar üçün təşkil olunan VEX IQ yarışında 36 komanda (157 iştirakçı) iştirak edib. “VexStars” (Abşeron) və “TechnoTeam” (Sumqayıt) birinci, “Origins” (Şirvan) və “GanjaTechX” (Gəncə) ikinci, “TechnoX” (Abşeron) və “Born to win” (Mingəçevir) üçüncü yerə layiq görülüblər. “Yaxşıların yaxşısı” nominasiyası “TechKings” (Ağdaş) komandasına təqdim olunub.


14–17 yaşlılar arasında keçirilən VEX V5 yarışında isə 16 komanda (76 iştirakçı) iştirak edib. “Zəfər” (Mingəçevir) və “Ganja Robotics” (Gəncə) birinci, “RoboVortex X” (Ağdaş) və “Falcon” (Zaqatala) ikinci yer tutublar. “Yaxşıların yaxşısı” nominasiyasına “Ganja Robotics” komandası layiq görülüb

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top