XANKƏNDİDƏ AZƏRBAYCAN GƏNCLƏRİNİN XI FORUMU KEÇİRİLİB


 Azərbaycan Gənclərinin XI Forumu fevralın 3-də Xankəndi şəhərində AUC2026 çərçivəsində panel sessiyalarla davam edib.

Forumun ikinci günündə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave açılış nitqi ilə çıxış ediblər.

Daha sonra “Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti” və “Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq” mövzularında panel sessiyalar keçirilib.

Panellər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) gedən yol üzrə BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək. Foruma gedən yol çərçivəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində gənclər də daxil olmaqla müxtəlif hədəf qruplarını əhatə edən tematik layihə və tədbirlərin təşkili davam etdirilir.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top