Noyabrın 26-dan 28-dək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 20 nəfərlik nümayəndə heyəti Sinqapurda keçirilən Dünya Robot Olimpiadasında uğurlu çıxış edib. Yarışda 90 ölkədən 594 komanda mübarizə aparıb.
Milli komandamız müsabiqədə “Future Innovators”, “Future Engineering”, “Robomission” və “RoboSports” olmaqla 4 kateqoriya üzrə iştirak edib. “Future Innovators Junior” kateqoriyasında “Lavanda” komandası 6-cı yerə layiq görülüb.
