Dekabrın 20-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlət qurumlarının gənc əməkdaşları arasında “GİNus” intellektual yarışı təşkil olunub. Azərbaycan İdman Akademiyasında keçirilən yarışda 26 dövlət qurumunu təmsil edən 150 gənc əməkdaş iştirak edib. Komandalar bilik və məntiqə əsaslanan suallar üzrə gərgin və maraqlı mübarizə aparıblar.
Yekun nəticələrə əsasən, yarışın qalibi Azərbaycan Beynəlxalq Bankının komandası olub. Xarici İşlər Nazirliyinin komandası ikinci, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası isə üçüncü yerə layiq görülüblər.
