AZƏRBAYCAN KOMANDASI TALLİNDƏ KEÇİRİLƏN “ROBOTEX INTERNATİONAL 2025” YARIŞININ FİNALINDA UĞUR QAZANIB
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “DeepSense” komandası dekabrın 5–6-da Estoniya Respublikasının Tallin şəhərində keçirilən “Robotex International 2025” yarışının finalında uğurla çıxış edib. Komanda “3D Koda Maze” kateqoriyasında 25 komanda arasında fərqlənərək 5-ci yerə layiq görülüb. Qeyd edək ki, final mərhələsində 32 ölkədən 921 komanda, ümumilikdə isə 3200-dən çox iştirakçı mübarizə aparıb.
