QUBADA “RESPUBLİKA GƏNCLƏRİ DEBAT FORUMU–2025” KEÇİRİLİB


 Dekabrın 19-22-də Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında “Respublika Gəncləri Debat Forumu–2025” keçirilib. #Debat forumunda 10 regionu təmsil edən 120 gənc spiker, hakim və auditoriya qismində iştirak edib. Forumun final mərhələsində Bakı şəhərini təmsil edən Milli Aviasiya Akademiyasının komandası ilə Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetinin komandası qarşılaşıb. Qalib Milli Aviasiya Akademiyasının komandası olub. Turnir çərçivəsində natiqlik bacarıqları ilə fərqlənən ümumilikdə 10 ən yaxşı natiq müəyyən edilib. “Respublika Gəncləri Debat Forumu–2025”in ən yaxşı birinci natiqi Milli Aviasiya Akademiyasının tələbəsi Leyli Məmmədli seçilib. Qeyd edək ki, forum müddətində gənclərin nitq və natiqlik bacarıqlarının artırılması məqsədilə bir sıra interaktiv təlimlər də keçirilib.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top