BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAK ETMİŞ GƏNCLƏRLƏ GÖRÜŞ


 Dekabrın 10-da gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb. Azərbaycan İdman Akademiyasının akt zalında keçirilən görüşdə nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, onların iştirak etdikləri tədbirlər və qazandıqları təcrübələr barədə fikir mübadiləsi aparıb. Türkiyə, Özbəkistan, Mərakeş Krallığı, Braziliya, Qazaxıstan, İtaliya, Sinqapur, Rusiya, Estoniyada keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, mübadilə proqramları, beynəlxalq yarışlarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər. Görüşdə gənclərin fikir və təkliflərini dinləyən nazir Fərid Qayıbov nailiyyət qazanan gənclərə fəaliyyətlərinin davamlılığını arzulayıb.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top