AZƏRBAYCAN–TÜRKİYƏ GƏNCLƏR SİYASƏTİ ÜZRƏ ƏMƏKDAŞLIQ ÇƏRÇİVƏSİNDƏ GÖRÜŞLƏR

 


Dekabrın 10–16-da Azərbaycan–Türkiyə “Mütəxəssis Mübadiləsi” Proqramı çərçivəsində Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin 10 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Proqram çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Sabunçu və Sumqayıt Gənclər Evləri sosial xidmət müəssisələri, Qarabağ Universiteti ilə tanış olub, həmçinin ölkənin ictimai, tarixi və mədəni həyatını əks etdirən məkanlara səfər ediblər. Səfər zamanı nümayəndə heyəti Sumqayıt, Şuşa və Xankəndi şəhərlərində olub, həmin ərazilərdə həyata keçirilən sosial inkişaf, bərpa və yenidənqurma işləri, eləcə də gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat əldə ediblər.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top