FƏRİD QAYIBOV İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB
Dekabrın 18-də gənclər və idman naziri Fərid Qayıbov Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri və ekspertləri ilə görüşüb. Görüş zamanı nazir Fərid Qayıbov İctimai Şuranın fəaliyyəti, gənclər və idman siyasəti ilə bağlı vacib məsələlərə toxunub, öz tövsiyələrini bölüşüb. Tədbir çərçivəsində İctimai Şuranın 2025-ci ilin ikinci yarımili üzrə fəaliyyətlərinə dair təqdimat keçirilib. Həmçinin 2026-cı ilin birinci yarısında İctimai Şura tərəfindən həyata keçirilməsi planlaşdırılan layihə və təşəbbüslər ətrafında müzakirələr aparılıb.
