Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Gənclər həftəsi”nin əsas məqsədi 2 Fevral - Azərbaycan Gəncləri Gününü qeyd etmək, gənclərin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, onların ictimai və yaradıcı fəallığını təşviq etmək, potensiallarını milli prioritetlərə yönəltmək və cəmiyyətin inkişafında fəal iştirakını təmin etməkdir.
“Gənclər həftəsi”ndə vahid konsepsiya əsasında #gənclərüçün hər gün fərqli istiqamətlər üzrə tədbir və layihələr təşkil olunacaq.
2 fevral - “Milli kimlik və birlik”;
3 fevral - “Liderlik və təşəbbüskarlıq”;
4 fevral - “İctimai fəallıq və sosial məsuliyyət”;
5 fevral - “Yaradıcılıq və innovasiya”;
6 fevral - “Komanda ruhu və özünüinkişaf”;
7 fevral - “Balanslı həyat və ünsiyyət”;
8 fevral - “Strateji baxış və davamlı inkişaf”.
Ətraflı məlumat və qoşulmaq üçün: KEÇİD LİNKİ
Qeyd: Tədbirlər üçün yerlər məhduddur. Müraciətlər dəyərləndirildikdən sonra seçilən iştirakçılara tədbirlər barədə ətraflı məlumat veriləcək.
