GƏNCLƏR VƏ İDMAN NAZİRİ ATGTİ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB
Dekabrın 18-də gənclər və idman naziri Fərid Qayıbov Bakı Gənclər Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Tələbə Gənclər Təşkilatlarının nümayəndələri ilə görüş keçirib. Görüşdə ölkənin 10 şəhər və rayonundan 80-dən çox ali və orta ixtisas təhsili müəssisəsini təmsil edən 70-ə yaxın Tələbə Gənclər Təşkilatının sədri və 150-dən çox idarə heyətinin üzvü iştirak edib. Tədbir zamanı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ATGTİ tərəfindən tələbələr üçün həyata keçirilən fəaliyyətlər, Tələbə Gənclər Təşkilatlarının irəli sürdüyü təklif və təşəbbüslər, həmçinin nazirliyin gənclər üçün nəzərdə tutulan layihələri və gələcək planları müzakirə olunub. Görüşdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov və ATGTİ-nin sədri Rəşad Zeynalov da iştirak ediblər.
.jpg)