AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ MƏRAKEŞDƏ BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDİB
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan nümayəndə heyəti Mərakeş Krallığında keçirilən beynəlxalq tədbirdə iştirak edib. Mərakeş Krallığının Mərakeş şəhərində təşkil olunan tədbir “İslam Gənclər Paytaxtı 2025” beynəlxalq proqramı çərçivəsində baş tutub və “İslam–Afrika–Ərəb Dialoqu: sülh, demokratiya və təhlükəsizlik” mövzusuna həsr olunub. Tədbirdə Azərbaycanı “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Könül Bayramova və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının Baş katibi Ayxan Hüseynov təmsil ediblər. Müzakirələr zamanı gənclərin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında rolu, regionlararası əməkdaşlığın genişləndirilməsi, eləcə də gənclərin qərar qəbuletmə prosesində fəal iştirakı vurğulanıb.
