Noyabrın 27–30-da Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Öndə” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr olunmuş “InCamp” inklüziv gənclər düşərgəsi keçirilib. Quba Olimpiya İdman Kompleksində təşkil olunan layihə inklüziv formatda, əlilliyi olan və olmayan gənclərin birgə iştirakı ilə baş tutub.
Proqram çərçivəsində 30 gənc layihə yazılışı üzrə 20 akademik saatlıq praktiki təlimlərə cəlb olunub. Təlimlər “Öndə” GİB-in sədri, ekspert Fərhad Abdulov tərəfindən aparılıb. İştirakçılar 6 meyar üzrə qiymətləndirilib və “Öndə”nin 4 səviyyəli sertifikatlarından biri ilə təltif olunublar. Fiziki əlilliyi olan Cavad Qələndərli I dərəcəli “Bayraqdar”, gözdən əlilliyi olan Nuranə Cabbarlı isə II dərəcəli “Hədəf” sertifikatına layiq görülüblər.
Təlim günlərində müxtəlif qrup işləri və fəaliyyətlər vasitəsilə inklüziv əməkdaşlıq mühiti yaradılıb. Layihənin davamı olaraq gənclərin bacarıqlarını daha da inkişaf etdirməsi üçün “InCamp Marafonu” keçirilib.
Qeyd edək ki, “InCamp 1” layihəsi Gənclər və İdman Nazirliyinin
