QUBADA SOSİAL XİDMƏT ƏMƏKDAŞLARI ÜÇÜN “4P GƏNCLƏR EVİ” DÜŞƏRGƏSİ


  Dekabrın 8-dən 12-dək Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində “4P Gənclər Evi” düşərgəsi sosial xidmət müəssisələrinin əməkdaşları üçün keçirilib. Düşərgədə 33 müəssisədən ümumilikdə 99 nəfər əməkdaş iştirak edib. İştirakçılar 4 fərqli qrupa bölünərək həm təşkilatçı, həm də iştirakçı qismində fəal iştirak edib və bu proses ərzində yeni bilik və bacarıqlar əldə ediblər. Düşərgə müddətində iştirakçılar üçün təlimlər, qrup işi, intellektual və əyləncəli yarışlar, həmçinin sosial gecə təşkil olunub. Düşərgə çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar bir sıra anım tədbirləri də keçirilib. Tədbirlər çərçivəsində Ümummilli Liderin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş filmin nümayişi, Quba Heydər Əliyev Mərkəzinə piyada ekskursiya, Ulu Öndərin abidəsinin ziyarəti və ağacəkmə aksiyası təşkil edilib. Bütün fəaliyyətlərdə Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, eləcə də inkişaf proqramının iştirakçıları fəal iştirak ediblər.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top