“BİLİK KUBOKU”NUN FİNAL MƏRHƏLƏSİ KEÇİRİLİB
Dekabrın 13-də Odlar Yurdu Universitetində Gənclər və İdman Nazirliyinin, Gənclər Təşkilatları Milli Şurasının dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Universitet Liqası çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Bilik Kuboku” layihəsinin final mərhələsi keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən final turunun yekunlarına əsasən, Azərbaycan Tibb Universitetinin “Old School” komandası birinci yerə, Bakı Dövlət Universitetinin “Spictorium” komandası ikinci yerə, Azərbaycan Tibb Universitetinin “Vastator” komandası isə üçüncü yerə layiq görülüblər. Qalib komandalar kubok, medal və digər dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
