BDU məzunları üçün karyera inkişaf layihəsinə başlanılıb


 Gənc News

TƏDBİRLƏRKARYERAKÖNÜLLÜLÜKSOSİALFAYDALIUĞURLU GƏNC

Ana səhifə Karyera

BDU məzunları üçün karyera inkişaf layihəsinə başlanılıb

11 February



    Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzinin təşkilatçılığı ilə BDU-nun 2023–2025-ci illər məzunları üçün “Career frame” karyera inkişaf layihəsinə başlanılıb.

    Layihə çərçivəsində ilk təlim Karyera və məzunlarla iş mərkəzinin karyera planlaşdırılması üzrə məsləhətçisi Pərvanə Babayeva tərəfindən həyata keçirilib. Açılış görüşü və təlim zamanı iştirakçılara karyera planlaması, CV və rezüme anlayışları, əmək bazarında uğurlu müraciət üçün əsas yanaşmalar, həmçinin işəgötürənlərin gözləntiləri barədə praktik və nəzəri məlumatlar təqdim olunub. İnteraktiv formatda təşkil olunan onlayn təlimdə müzakirələr aparılıb, praktiki tapşırıqlar icra olunub.


 Layihənin məqsədi BDU məzunlarının əmək bazarına daha hazırlıqlı şəkildə çıxışını təmin etmək, onların karyera alətlərini gücləndirmək və peşəkar istiqamətdə düzgün yol xəritəsi formalaşdırmalarına dəstək olmaqdır. Layihə əsasən onlayn formatda keçirilir və mentorluq xidməti, praktiki təlimlər, şəbəkələşmə imkanlarını əhatə edir. Qeyd edək ki, keçirilmiş sorğular və müsahibə mərhələsinin nəticələrinə əsasən, 30 nəfər BDU məzunu layihədə iştirak hüququ qazanıb.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top