“POLİQON” GƏNCLƏRİN HƏRBİ-VƏTƏNPƏRVƏRLİK DÜŞƏRGƏSİ KEÇİRİLİB


 Fevralın 8-dən 10-dək Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər həftəsi” çərçivəsində Qusar Olimpiya İdman Kompleksində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib.

    Üç gün ərzində gənclər üçün müxtəlif hərbi təlimlər, “Məclisi-Üns” mədəni proqramı, “Kahoot” intellektual oyunu, film nümayişi, voleybol və futbol yarışları təşkil olunub. Həmçinin Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın Elmira Aslanova ilə görüş baş tutub. 


    Düşərgə iştirakçıları “#Canavarlar”, “#Aslanlar”, “#Zəfər”, “#Mübarizlər”, “#İgidlər”, “#Əqrəblər” və “#Qartallar” komandalarına bölünərək mübarizə aparıblar.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top