Gənc rəssamlar Gəncədə bir araya gəliblər



 Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi və Azərbaycan Rəssamlar İttifaqının Gəncə regional bölməsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində gənc rəssamların əl işlərindən ibarət sərgi açılıb.

    Sərgidə çıxış edənlər Gəncə rəssamlıq məktəbinin zəngin ənənələrindən, gənc istedadların yaradıcılıq potensialından və bu kimi tədbirlərin onların inkişafına verdiyi töhfədən danışıblar. Qeyd olunub ki, gənclərin incəsənətə marağının artırılması, yaradıcılıq fəaliyyətinin stimullaşdırılması və yeni istedadların üzə çıxarılması baxımından belə sərgilər mühüm əhəmiyyət daşıyır.


    Çıxışlardan sonra bir qrup rəssama Azərbaycan Rəssamlar İttifaqının üzvlük vəsiqələri təqdim olunub.


    Daha sonra qonaqlar sərgi ilə tanış olaraq nümayiş etdirilən əsərlərə baxış keçiriblər.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top