“Qələbə Natiqləri” layihəsinin açılış mərasimi keçirilib


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində qalib olmuş “Qələbə Natiqləri” layihəsinin açılış mərasimi keçirilmişdir.
Layihənin əsas məqsədi Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesində göstərilən tarixi rəhbərlik nümunəsini gənclərə aşılamaq, eyni zamanda onların natiqlik, ictimai çıxış və təqdimat bacarıqlarını inkişaf etdirməkdir.

Bakı şəhərində reallaşdırılan layihə çərçivəsində seçilmiş 40 nəfər gənc iştirakçı ilkin mərhələdə ictimai çıxış və təqdimat bacarıqları üzrə peşəkar təlimlərə cəlb olunub. Təlimlərin sonunda iştirakçılar İlham Əliyevin çıxışları və liderlik modeli əsasında fərdi çıxışlar hazırlayaraq münsiflər heyəti qarşısında təqdim edəcəklər.
Qiymətləndirmə mərhələsindən sonra 10 iştirakçı yarımfinal və final mərhələlərinə vəsiqə qazanacaq. Final mərhələsində isə 3 qalib müəyyən edilərək qiymətli hədiyyələrlə təltif olunacaq.

“Qələbə Natiqləri” layihəsi gənclərin vətənpərvərlik hissinin gücləndirilməsinə, özünüifadə bacarıqlarının artırılmasına və onların ictimai fəallığının yüksəldilməsinə mühüm töhfə verən təşəbbüslərdən biridir.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top