GƏNCLƏR EVLƏRİNİN I FORUMU KEÇİRİLİB


 Fevralın 4-də Bakı Gənclər Mərkəzində #GənclərHəftəsi çərçivəsində Gənclər Evlərinin I Forumu keçirilib. Tədbir Qərbi Kaspi Universitetinin tələbələrindən ibarət xorun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Forumun açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Ölkənin müxtəlif bölgələrindən 33 Gənclər Evini təmsil edən 300 nəfərdən çox gənc, əməkdaş və könüllünün iştirak etdiyi tədbirdə videoçarx nümayiş olunub, Gənclər Evləri müxtəlif nominasiyalar üzrə təltif ediliblər.

 

Həmçinin tədbirdən öncə Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Miras” Qədim Musiqi Alətləri Ansamblı tərəfindən milli musiqi nümunələri səsləndirilib, gənclərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

 

Forum çərçivəsində Nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova tərəfindən Gənclər Evlərinin vahid konsepsiya və strateji inkişaf modeli təqdim olunub. Tədbir mədəni proqramla davam edib.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top