“YENİ TRENDLƏR VƏ GƏNCLƏR” III FORUMU KEÇİRİLİB


 Fevralın 5-də “Gənclər həftəsi” çərçivəsində “Yeni trendlər və gənclər” mövzusunda bloqerlərin, kontent yaradanların və jurnalistlərin III Forumu keçirilib. Bakı Kristal Zalında təşkil olunan forumda müxtəlif sahələr üzrə tanınmış bloqerlər və jurnalistlər iştirak ediblər.


Tədbirdə sosial şəbəkələrin gənclərin həyatında və formalaşmasında mühüm rol oynadığını qeyd edən gənclər və idman naziri Fərid Qayıbov sosial media sahəsində mövcud vəziyyəti forum iştirakçıları ilə müzakirə edib, onların fikirlərini dinləyib. Maraqlı ideya və təkliflərlə çıxış edən bloqerlər və jurnalistlər onları narahat edən məsələlər barədə fikirlərini bölüşüblər.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top