"AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN HƏMRƏYLİK DÜŞƏRGƏSİ”
"Azərbaycan Könüllülük Həftəsi 2025" çərçivəsində dekabrın 14-də Quba Olimpiya İdman Kompleksində "Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi”nə start verilib. Düşərgə iştirakçıları ilk olaraq Quba rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra isə ilkin tanışlıq və təlimatlandırma görüşü baş tutub. Qeyd edək ki, düşərgəyə dekabrın 18-də yekun vurulacaq.
