QUBADA “ZƏFƏR SALNAMƏSİ” GƏNCLƏR DÜŞƏRGƏSİ KEÇİRİLDİ


 Dekabrın 6–8-də Quba rayonunda Gənclər və İdman Nazirliyi və “Femida Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zəfər salnaməsi: Hüquq və Birliyimiz” gənclər düşərgəsi keçirilib. Düşərgəyə ölkənin müxtəlif ali təhsil müəssisələrində hüquq ixtisası üzrə təhsil alan 90 nəfər tələbə cəlb olunub. Proqram çərçivəsində “Vətən müharibəsinin hüquqi aspektləri”, “Məhkəmə çəkişmələrinin mərhələləri”, “Liderlik və effektiv komanda quruculuğu”, eləcə də “Münaqişə şəraitində beynəlxalq hüququn tətbiqi və insan hüquqlarının müdafiəsi” mövzularında panel müzakirələri və maarifləndirici sessiyalar keçirilib. Bu sessiyalar tələbələrin müasir hüquqi yanaşmaları dərindən mənimsəməsinə, nəzəri bilikləri praktiki situasiyalarla əlaqələndirməsinə və analitik düşünmə bacarıqlarının inkişafına imkan yaradıb.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top