FİBONACCİ ROBOT OLİMPİADASINDA AZƏRBAYCAN KOMANDASI İKİ BİRİNCİLİK ƏLDƏ ETDİ
Noyabrın 21-dən 25-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 6 gəncdən ibarət “VerseTech” komandası İtaliyanın Roma şəhərində keçirilən Fibonacci Beynəlxalq Robot Olimpiadasının Dünya Finalında uğurla çıxış edib. 21 ölkədən 623 komandanın iştirak etdiyi Dünya Finalında “VerseTech” komandası “HealthTech Entrepreneurship” və “SoftTech Entrepreneurship” kateqoriyalarının hər ikisində 1-ci yerə layiq görülüb.
