Minlərlə Azərbaycan könüllüsünün bir araya gələrək həmrəylik, birlik və könüllülük ruhunu yaşayacağı “Azərbaycan Könüllülük Həftəsi 2025”in başlamasına sayılı günlər qaldı.
Dekabrın 4-dən 18-dək Gənclər Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in tərəfdaşlığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçiriləcək #KönüllülükHəftəsi ölkəmizin bir sıra şəhər və rayonlarını əhatə edəcək.
Layihə çərçivəsində baş tutacaq bütün fəaliyyətlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün #AKTİ-nin sosial media hesablarını izləyə bilərsiniz.
Sən də Azərbaycan Könüllülük Həftəsinə qoşul, macəra dolu anların və böyük təcrübələrin bir parçası ol!
