GƏNCLƏRDƏN İBARƏT NÜMAYƏNDƏ HEYƏTİ ANKARADA RƏSMİ GÖRÜŞLƏRDƏ İŞTİRAK EDİB


 Azərbaycan - Türkiyə İşçi Qrupunun 3-cü iclası çərçivəsində imzalanan protokolun müvafiq bəndlərinin icrası məqsədilə gənclərdən ibarət nümayəndə heyəti Ankara şəhərinə səfər edib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, Gənclər Evi sosial xidmət müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət heyətin üzvləri Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin rəsmiləri, eləcə də ali təhsil müəssisələrinin sahə üzrə mütəxəssisləri ilə keçirilən görüşlərdə və platformanın öyrənilməsinə dair bir sıra məlumatlandırma sessiyalarında iştirak ediblər. Görüşlər zamanı "e-Bələdçilik" platformasının funksional imkanları, tətbiq mexanizmləri, gənclərlə iş sahəsində istifadəsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş müzakirələr aparılıb.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top