“QƏRBİ AZƏRBAYCAN GƏNC SƏFİRLƏRİ – II” LAYİHƏSİ BAŞLAYIB
Gənclər və İdman Nazirliyinin dəstəyi, “Dünya Azərbaycanlıları” Gənclər Təşkilatının təşkilatçılığı, Bakı Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycan Gənc Səfirləri – II” layihəsinin açılış mərasimi baş keçirilib. Qərbi Azərbaycan İcmasının inzibati binasında baş tutan tədbirdə Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Bakı Dövlət Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru Şahin Pənahov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova çıxış ediblər. Tədbir gənclərin fikir və suallarının cavablandırılması ilə davam edib.
