Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Konstitusiyamızın Səsi: Heydər Əliyev İrsi” layihəsi Biləsuvar və Hacıqabul rayonlarında uğurla icra olunaraq yekunlaşıb.
Layihə çərçivəsində hər iki rayonda Heydər Əliyev Mərkəzlərində keçirilən maarifləndirici tədbirlərdə ümumilikdə 55 gənc iştirak edib. Təlim sessiyalarında Azərbaycan Respublikasının Konstitusiyasının əsas prinsipləri, vətəndaş hüquq və azadlıqları, hüquqi dövlət anlayışı mövzularında gənclərə ətraflı məlumat verilib.
Tədbirlər zamanı Ulu Öndər Heydər Əliyevin dövlətçilik və konstitusiya quruculuğu sahəsindəki zəngin irsi gənclər arasında təbliğ olunub, onların hüquqi biliklərinin artırılması və hüquqi düşüncə tərzinin formalaşdırılması istiqamətində mühüm işlər görülüb.
Layihənin sonunda mövzuya uyğun “Xəmsə” intellektual oyunu təşkil edilib. Gənclər əldə etdikləri bilikləri praktik şəkildə nümayiş etdirərək aktiv iştirak ediblər. Tədbirlər iştirakçıların sertifikatlarla, fərqlənən gənclərin isə təşəkkürnamələrlə təltif olunması və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
