QRANT PROQRAMI ÜZRƏ İNFOSESSİYA KEÇİRİLİB
2026-cı il üzrə Gənclər Təşkilatlarının Fəaliyyətinin Dəstəklənməsi Qrant Layihəsi çərçivəsində Gənclər iş şöbəsinin təşkil etdiyi infosessiya uğurla həyata keçirilib. Tədbirdə iştirak edən gənclər təşkilatlarının nümayəndələri qrant proqramının məqsədləri, prioritet istiqamətləri, müraciət prosesi və seçim meyarları barədə ətraflı məlumat əldə ediblər. Sessiya zamanı təşkilatlar qrant mövzuları ilə tanış olub, tələb olunan sənəd nümunələri barədə praktiki izahlar alıb və mövzu bağlı suallarını ünvanlamaq imkanı əldə ediblər. İştirakçılar layihələrin icra qaydaları, hesabatlılıq mexanizmləri və uğurlu təşəbbüslərin planlaşdırılması üçün tövsiyələrlə də tanış olublar. Sözügedən qrant proqramı gənclər təşkilatlarının institusional potensialının gücləndirilməsi, onların fəaliyyətində innovativ yanaşmaların təşviqi və gənclərin inkişafına yönəlmiş layihələrin dəstəklənməsi baxımından mühüm imkanlar yaradır.
