QUSARDA “POLİQON” GƏNCLƏRİN HƏRBİ-VƏTƏNPƏRVƏRLİK DÜŞƏRGƏSİ KEÇİRİLİB
Dekabrın 5-dən 7-dək Qarabağ Zəfərinin 5-ci ildönümü çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən Bakı Mühəndislik Universitetinin tələbələri üçün Qusar Olimpiya İdman Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib. 113 nəfərin iştirakı ilə baş tutan düşərgədə 3 gün ərzində gənclər proqram çərçivəsində “#Canavarlar”, “#Aslanlar”,“#Mübarizlər”, “#İgidlər”, “Əqrəblər” və “#Qartallar” komandalarına bölünərək müxtəlif təlimlərə, idman yarışlarına, qrup çalışmalarına cəlb olunublar. Düşərgədə Qarabağ döyüşçülərinin ocaq ətrafında gənclərlə görüşü, “Məclisi-Üns” bədii proqramı, həmçinin “Kahoot” intellektual oyunu da təşkil olunub.
