VƏTƏN MÜHARİBƏSİ MEMORİAL KOMPLEKSİ VƏ ZƏFƏR MUZEYİ ZİYARƏT OLUNUB
Ölkəmizdə keçirilən D-8 Gənclər Dialoqunun üçüncü günündə tədbir iştirakçıları Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyini ziyarət ediblər. Qonaqlara kompleksin yaranma tarixi, memarlıq xüsusiyyətləri və Azərbaycanın qəhrəmanlıq salnaməsi barədə ətraflı məlumat verilib. Daha sonra nümayəndə heyəti 2025-ci ilin “Gənclər Paytaxtı” olan Sumqayıt şəhərinə səfər edib. Səfər çərçivəsində onlar Sumqayıt Gənclər Evini ziyarət edərək gənclərin inkişafına yönəlmiş layihələr, təlim mərkəzləri, könüllülük proqramları və yaradıcı fəaliyyət sahələri barədə məlumat əldə ediblər.
