“ROBOTEX INTERNATİONAL 2025” YARIŞMASININ FİNAL MƏRHƏLƏSİ KEÇİRİLİB
Dekabrın 5-6-da Estoniya Respublikasının Tallin şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “UneCode” komandası “Robotex International 2025” yarışmasının final mərhələsində uğurla çıxış edib. Finalda 32 ölkədən 921 komanda olmaqla ümumilikdə 3200-dən çox iştirakçı mübarizə aparıb. “UneCode” komandası “Stoneridge Entrepreneurship Challenge” kateqoriyasında 56 komanda arasında 5-ci yerə layiq görülüb.
